Məxfilik siyasəti
Son yenilənmə: 29 noyabr 2026
Bu siyasət Güvən Optika-nın guvenoptika.az saytı, Güvən Optika mobil tətbiqi və salonlardakı bonus proqramı ilə bağlı fərdi məlumatlarınızı necə emal etdiyini izah edir. Məlumatlar Azərbaycan Respublikasının «Fərdi məlumatlar haqqında» Qanununa uyğun emal olunur.
Hansı məlumatları toplayırıq
- Mobil nömrə — bonus kartınızın nömrəsidir; tətbiqə daxil olarkən SMS kodu ilə təsdiqlənir.
- Ad — yalnız siz salonda deyəndə və ya Apple / Google hesabı ilə daxil olanda.
- E-poçt — yalnız Apple və ya Google ilə daxil olsanız, həmin xidmətin verdiyi ünvan.
- Alış tarixçəsi — alışın tarixi, filialı, məhsul kateqoriyası, məbləği, qazanılan və istifadə olunan bonus.
- Texniki məlumatlar — giriş sessiyası, IP ünvanı və cihaz növü (təhlükəsizlik və sui-istifadənin qarşısını almaq üçün).
Saytda reklam və izləmə kukiləri istifadə etmirik.
Cihazınızda qalan məlumatlar
PIN kodunuz və Face ID / Touch ID / barmaq izi seçiminiz yalnız telefonunuzun qorunan yaddaşında saxlanılır. Biometrik məlumatlar tətbiqə ümumiyyətlə ötürülmür — yoxlamanı telefonun əməliyyat sistemi aparır.
Nə üçün istifadə edirik
- bonus balansını hesablamaq, göstərmək və istifadə etmək;
- girişi təsdiqləmək və hesabı qorumaq;
- səhv yazılan alışları düzəltmək və mübahisələri araşdırmaq;
- qanunla tələb olunan hallarda uçot aparmaq.
Kimlərlə paylaşırıq
Məlumatlarınızı satmırıq və reklam şirkətlərinə vermirik. Yalnız xidməti işlətmək üçün lazım olan təminatçılar (server hostinqi, SMS göndərmə xidməti, Apple və Google giriş xidmətləri) zəruri hissəni emal edir. Qanuni tələb olduqda dövlət orqanlarına verilə bilər. Salon əməkdaşları yalnız öz vəzifələri üçün lazım olan məlumatı görür.
Nə qədər saxlayırıq
Bonus kartı və alış tarixçəsi bonus proqramı davam etdiyi müddətdə və uçot qanunvericiliyinin tələb etdiyi müddətdə saxlanılır.
Hesabın silinməsi
Tətbiqdə Profil → Hesabı sil düyməsi ilə tətbiq hesabınızı istənilən vaxt silə bilərsiniz. Giriş hesabınız və aktiv sessiyalar dərhal silinir. Bonus kartı (nömrə, balans, alış tarixçəsi) balansınız itməsin deyə salonda qalır.
Bonus kartının və onunla bağlı məlumatların da silinməsini istəyirsinizsə, WhatsApp (055) 377 82 88 nömrəsinə kartınızın bağlı olduğu nömrədən yazın. Bu halda yığılmış bonus balansı da ləğv olunur. Qanunla saxlanması tələb olunan uçot yazıları şəxsiyyətsizləşdirilmiş formada qala bilər.
Hüquqlarınız
Haqqınızda hansı məlumatın saxlandığını öyrənə, səhvi düzəltməyi və ya silinməsini tələb edə bilərsiniz. Bunun üçün salonlarımızdan birinə və ya WhatsApp vasitəsilə bizə müraciət edin.
Dəyişikliklər
Siyasət dəyişərsə, yeni mətn bu səhifədə yenilənmə tarixi ilə dərc olunacaq.
← Ana səhifə